
FLAQMAN FUTBOL KLUBU

Flaqman Futbol Klubu – gələcəyin peşəkar futbolçularını yetişdirmək məqsədi ilə yaradılmış müasir futbol akademiyasıdır. Burada hər bir futbolçunun potensialı peşəkar məşqçilər tərəfindən inkişaf etdirilir.
İnkişaf, İntizam, Uğur
Flaqman Futbol Klubunda hər bir futbolçu üçün fərdi inkişaf planı hazırlanır. Təlim prosesi texniki bacarıqların, oyun düşüncəsinin, fiziki hazırlığın və intizamın kompleks inkişafına əsaslanır. Məqsədimiz uşaqları gələcəkdə peşəkar futbol səviyyəsinə hazırlamaqdır.


RƏHBƏRLİK

Emil Əliyev
Prezident
Flaqman Futbol Klubunun təsisçisi və prezidenti. Klubun inkişaf strategiyasına, beynəlxalq əməkdaşlıqlara və gələcəyin peşəkar futbolçularının yetişdirilməsi layihələrinə rəhbərlik edir.
.jpeg)
Islam Kərimov
Baş koordinator
Əməkdar məşqçi, UEFA A lisenziyalı mütəxəssis və 35 ildən artıq məşqçilik təcrübəsinə malikdir. Uzun illər ərzində yüzlərlə gənc futbolçunun inkişafına töhfə vermiş və Flaqman Futbol Klubunda təlim prosesinin koordinasiyasına rəhbərlik edir.

Rasul Babazadə
Baş məşqçi
Keçmiş peşəkar futbolçu və UEFA lisenziyalı məşqçi. Müasir məşq metodları, fərdi inkişaf proqramları və fiziki hazırlıq sahəsində zəngin təcrübəyə malikdir. Flaqman Futbol Klubunda futbolçuların texniki, taktiki və fiziki inkişafına rəhbərlik edir.
Əlaqə Məlumatları
info@flaqmanfk.az
Tel: +994551009000
ÜNVAN
Bakı, Azərbaycan, Özbəkistan küçəsi 1